Prezidenti İlham Əliyev Dünya Bankının strategiya və əməliyyatlar üzrə nümayəndə heyətini qəbul edib

Prezidenti İlham Əliyev Dünya Bankının strategiya və əməliyyatlar üzrə nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Dünya Bankının strategiya və əməliyyatlar üzrə direktoru Teodor Ahlersin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın verdiyi məlumata görə, Dünya Bankının strategiya və əməliyyatlar üzrə direktoru Teodor Ahlers Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə təşkil etdikləri yüksək səviyyəli II İqtisadi Siyasət Forumunda aparılan müzakirələrdə iştirak etməsindən məmnunluğunu bildirib.

Dövlətimizin başçısı yüksək səviyyəli II İqtisadi Siyasət Forumunun önəmini qeyd edib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan iqtisadi inkişafının birinci mərhələsini başa vurduqdan sonra gələcək illərdə də qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi əsas prioritet sahələrdən biri olacaqdır.

Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında bank sahəsində uzun illər davam edən uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib, bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com