Hacıbala Abutalıbov qəbul edilən qərar barədə məlumat vermək üçün sakinlərlə görüşdü

Hacıbala Abutalıbov qəbul edilən qərar barədə məlumat vermək üçün sakinlərlə görüşdü

Xəbər verdiyimiz kimi, bu gün Xətai rayonunun General Şıxlinski küçəsi ilə Gəncə prospekti arasındakı yaşayış massivindəki sürüşmə təhlükəsi ilə əlaqədarkeçirilən müşavirədə yekun rəy verilib. SİA-nın xəbərinə görə, müşavirə zamanı sürüşmə zonasında yerləşən 2 doqqumərtəbəli bina sakinlərinin öz evlərinə qayıtması qərara alınıb.

Bununla bağlı sakinlərlə görüşən Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qəbul edilən qərar barədə ətraflı məlumat verib. Sakinlərlə görüşdə icra başçısı bildirib ki, bu gün suyun səviyyəsi 2,2 metr aşağı düşüb, sürüşmə yoxdur: "Bu, bizə əminlik verir ki, burada tam stabillik yaranıb. Ona görə də belə qərara gəlindi ki, iki binaya insanların köçürülməsinə icazə verilsin müşavirə zamanı hər iki bina sakinlərinin köçürülməsinə icazə verilməsi barədə qərar qəbul olunub. Yalnız 63-cü binanın 1-ci mərtəbəsində yaşayışa icazə verilməyəcək. Çünki müəyyən ehtimallar ola bilər ki, bu birinci mərtəbəyə müəyyən qədər torpaq gəlsin. Ona görə də birinci mərtəbənin 4 mənzilində hələlik yaşamağa icazə verilməyəcək. Birinci mərtəbənin sakinləri sabah öz evlərinə köçəcəklər. Bütün binalar hazırda su və işıqla təmin olunacaq. Amma qaz bütün əhali köçəndən sonra veriləcək. Mən özüm hər gün burdayam. Fövqəladə Hallar Nazirliyinin bütün işçiləri burada müşahidə aparacaqlar. Bərkitmə işləri başlayıb qurtarana kimi təhlükə üçün müəyyən ehtimallar var. Amma işlər görüləndən sonra bu ərazidə sürüşmə olmayacaq".

Görüşün davamında Hacıbala Abutalıbov vətəndaşları maraqlandıran sualları cavablandırıb və onları maraqlandıran məsələlərə aydınlıq gətirib. O, bütün insanların və sakinlərin problemlərinin həll olunması istiqamətində bütün lazımi işlərin görüləcəyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə