Prezident İlham Əliyev Polşa prezidenti Bronislav Komorovskiyə başsağlığı məktubu ünvanlayıb
Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Bronislav Komorovskiyə başsağlığı məktubu ünvanlayıb. SİA-nın xəbərinə görə, prezident İlham Əliyevin başsağlığında qeyd edib: \"Hörmətli cənab Prezident, ölkənizdə baş vermiş dəmir yolu qəzası nəticəsində insanların həlak olması və xəsarət alması xəbərindən olduqca kədərləndim. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə, bütün Polşa xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB