Bu gün bəzi yerlərdə yağıntılı hava davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə Bakıda və Abşeron yarımadasında günün ikinci yarısında yağıntı səngiyəcək. Arabir güclənən şimal küləyi əsəcək, cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-2° isti, gündüz 6-8° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə də hava yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda qar yağacaq, gündüz qərb rayonlarından başlayaraq tədricən kəsiləcəyi gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə gecə və səhər güclənəcək.
Havanın temperaturu gecə 0-4° isti, gündüz 7-12° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti təşkil edəcək.
Aynurə Asimqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB