Bakı-Xırdalan yolunda tıxac yaşanır

Bakı-Xırdalan yolunda tıxac yaşanır

Bu gün səhər saatlarından Bakı-Xırdalan yolunda tıxac yaşanıb. SİA-nın xəbərinə görə, uzun maşın karvanını xatırladan tıxac 20 Yanvar metrostansiyası yaxınlığından "Ekologiya postuna"dək uzanıb. Sərnişinlər saatlarla yolda qalmalı olub. Sürücülər əlacsızlıqdan alternativ yollardan istifadə etməyə çalışıb. Ərazidə heç bir polis gözə dəyməyib. İlkin ehtimala görə, tıxaca səbəb anomal hava şəraitidir.

Bütün xəbərlər Facebook səhifəmizdə