Daxili İşlər Nazirliyi Suraxanıda baş verən kütləvi dava ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi Suraxanıda baş verən kütləvi dava ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi Suraxanı rayonunda bir nəfərin ölümü, iki nəfərin isə yaralanması ilə nəticələnən hadisə barəsində məlumat yayıb. SİA-nın Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisindən qəsəbə sakinləri Orxan Qurbanov, Orxan Xamıyev, onun qardaşları Fərrux və Kamran bıçaq xəsarətləri ilə xəstəxanaya gətiriliblər.

O.Xamıyev aldığı xəsarətdən dolayı dünyasını dəyişib , digərlərinin vəziyyətləri isə qənaətbəxşdir. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Suraxanı Rayon Polis İdarəsi tərəfindən aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə