Ermənistanın xarici işlər naziri həmsədrlərlə görüşüb

Ermənistanın xarici işlər naziri həmsədrlərlə görüşüb

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke, Jak For, İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.


SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə olunub. Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin yanvarın 23-də Soçidə qəbul etdiklərin bəyanatın həyata keçirilməsi yollarına da toxunulub.

Bütün xəbərlər Facebook səhifəmizdə