\"Martın 7-də Naxçıvanda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşündə bir sıra regional məsələlərin müzakirəsi planlaşdırılır". SİA-nın xəbərinə görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Nazir deyib ki, martın 6-da isə hər üç ölkənin nazir müavinləri səviyyəsində keçiriləcək görüşdə həmin toplantının gündəliyi müzakirə olunacaq: "Hazırda bəzi regional layihələr var ki, bu hər üç dövlətin maraqlarına uyğundur. Altı aydan bir bu cür görüşlərin keçirilməsi barədə razılığımız var. İnanıram ki, ikinci görüş ilin sonuna kimi keçiriləcək".
ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərinin başladığını deyən nazir həmsədrlərin martın 6-da Azərbaycana gələcəklərini deyib. Həmsədrlərlə görüşlərinin olacağını vurğulayan E. Məmmədyarov indidən görüşlərin nəticəsi barədə danışmağın mümkün olmadığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB