Kamran Əliyev: \"Azərbaycanda iki tikinti şirkətinin 8 əməkdaşı haqqında həbs-qətimkan tədbiri seçilib\"

Kamran Əliyev: \"Azərbaycanda iki tikinti şirkətinin 8 əməkdaşı haqqında həbs-qətimkan tədbiri seçilib\"

"Azərbaycanda iki tikinti şirkətinin 8 əməkdaşı haqqında həbs-qətimkan tədbiri seçilib". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin rəisi Kamran Əliyev bildirib. Onun sözlərinə görə, "Kamran" MMC tikinti şirkətinin 5 vəzifəli şəxsi və "Birlik İnşaat" Tikinti Şirkətinin isə 3 əməkdaşı barəsində həbs-qətimkan tədbiri seçilib: "Tikinti şirkətləri ilə bağlı aparılan cinayət işlərində vəzifələri şəxsləri cəzalandırmaqla yanaşı, eyni zamanda vətəndaşlara dəymiş ziyanın ödənilməsi istiqamətində ciddi addımlar atılıb. Biz bütün zərər çəkən insanların hüquqlarının bərpasına nail olacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə