Qəbələ rayonunda naməlum vəhşi heyvan skleti tapılıb. SİA-nın Göyçay burosunun verdiyi məlumata görə, sakinlərin həyəcanına səbəb olan bu sklet rayonun meşə massivinə yaxın olan Bum qəsəbəsində aşkar olunub. Kəndin yaşlı sakinlərinin sözlərinə görə, bu tip skleti bu günə kimi heç kim görməyib. Elə bu səbəbdən də onların bu heyvanın nə olduğu daha çox maraqlandırır.
Dişlərinə və ayaqlarına görə canavara və ya vəhşi pişiyə bənzədilsə də amma bəzi sakinlərin internet səhifələrində bunun Çupakabra adlı heyvan olduğu deyilir. Bu heyvanın yüksək atlana bilmə imkanına malik ayaq forması var. Qəbələ rayon Baytarlıq idarəsinin rəisi Bəhman Abdurrahmanov deyir ki, Qəbələ rayonun ərazisi meşə massivi olduğundan bu cür heyvanların bu ərazidə yaşaması qaçılmazdır: "Çupakabra qidası (öküz buynuzu sorur) - ev heyvanlarını öldürən mifik canlı məxluqdur. 1975-ci ildən başlayaraq Puerto-Rikoda ev heyvanları naməlum səbəbdən ölməyə başlayır. Bu hadisə 1995-ci ildə yenə də təkrarlanır. Onlar bu qəribə məxluqu "Çupakabra\" adlandırırlar. Lakin Çupakabranın mövcud olmasını göstərən dəqiq dəlil yoxdur".
Qeyd edək ki, Çupakabraların dünyanın bir sıra dövlətlərində yaşadığı deyilsə də onların izinə daha çox Amerika qitəsində rast gəlinib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB