Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Pakistan İslam Respublikası Senatının sədr müavini Mir Can Camalinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, E.Məmmədyarov Azərbaycanın Pakistanla əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu bildirərək iki ölkə arasında ticarət, enerji və mədəniyyət sahələrində əlaqələrin də inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Nazir parlament diplomatiyasının əhəmiyyətini qeyd edərək qarşılıqlı səfər mübadilələrinin intensivləşməsinin iki ölkə arasında mövcud olan siyasi dialoqun inkişaf etdirilməsində vacib amil olduğunu söyləyib.
Sonda o, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini qəti şəkildə dəstəklədiklərinə görə senatorlara təşəkkür edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB