Natiq Əliyev: “İrana qarşı sanksiyalar Azərbaycana təsir etməyəcək” - MÖVQE

Natiq Əliyev: “İrana qarşı sanksiyalar Azərbaycana təsir etməyəcək” - MÖVQE

İrana qarşı beynəlxalq sanksiyalar Azərbaycana təsir etməyəcək. SİA-nın verdiyi məlumata görə, bu barədə sənaye və energetika naziri Natiq Əliyev bildirib.


Onun sözlərinə görə, iki ölkə arasında enerji mübadiləsi mövcuddur: "Biz İranı, İran da Naxçıvanı enerji daşıyıcıları ilə təmin edir. Bunlar iri əməliyyatlar deyil və böyük mənfəət gətirmir. Amma bizim üçün bu əməliyyatlar vacibdir. Ona görə də İranla ticarət əməliyyatlarımızı əvvəlki qaydada davam etdirəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə