Sərdar Cəlaloğlu: “Müxalifət hadisələrdən düzgün nəticə çıxara bilmir” - MÖVQE

Sərdar Cəlaloğlu: “Müxalifət hadisələrdən düzgün nəticə çıxara bilmir” - MÖVQE

\"Müxalifət son 5 ildə düzgün siyasət müəyyənləşdirə bilməyib. Məhz bu dağınıqlıq da ciddi siyasi nəticələri yerinə yetirməyə imkan vermir\". Bunu SİA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib. Onun sözlərinə görə, ADP-nin iştirakı olmadan müxalifətin birliyi o zaman formalaşa bilər ki, həmin yerdə çoxluq olsun: "Hər hansı bir qrupun müxalifətin sıralarında olub –olmaması məsələnin taleyini həll etmir. Azərbaycanda ən çox parçalanma AXCP kimi partiyalardadır. Bura müəyyən yeni qüvvələr də cəlb olunur. Amma buna baxmayaraq bu təşkilatın əsas funksionerləri, liderləri oranı tərk ediblər. Hər kəs öz partiyasını qabağa verməyə çalışır və bununla da özünü cəmiyyətə aparıcı qüvvə kimi təqdim etmək istəyirlər".


Partiya sədrinin fikrincə, bəzi vətəndaşlarımızın AXCP kimi partiyaların sıralarına qoşularaq üzv olmaları əsasən hadisələrə siyasi baxışın, maarifləndirilmə işinin çox aşağı səviyyədə olması ilə bağlıdır: "Müxalifət hadisələrdən düzgün mövqe çıxara bilmir. Bunu xalq hərəkatının təcrübəsindən də aydın sezmək mümkündür".


Son vaxtlar ADP sədri siyasi hadisələrdən kənarda qalmasını belə izah etdi: "Mən hal-hazırda metofizika üzərində işləyirəm. Çalışıram ki, bu metofizikanı elm şəklinə salım. Dünyada ilk dəfədir ki, bu metofizikanı elm sahəsi kimi tədqiq edəcəm".


Bütün xəbərlər Facebook səhifəmizdə