Bu gün ilk dəfə olaraq Xocalı soyqırımı kütləvi şəkildə Türkiyədə də anılacaq. SİA-nın məlumatına görə, bununla əlaqədar təşkil ediləcək mitinq-yürüş bu gün Türkiyə saatı ilə 12:30-da Ankara Qərənfil sokak, saat 14:00-da isə İstanbulun Taksim meydanında keçiriləcək.
Xatırladaq ki, "Erməni yalanına səssiz qalma" şüarı ilə təşkil edilən yürüş artıq bir neçə gündür ki, İstanbulun müxtəlif yerlərində asılan afişalardan xalqa çatdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB