Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı derortasiya olunmuş, Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideloloqlarının \"dənizdən dənizə Ermənistan\" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.
Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
1991-cı ilin oktyabr ayında Xocalı şəhəri blokada şəraitində olmuşdur. Oktyabr ayının 30-dan etibarən şəhərlə əlaqə getdikcə məhdudlaşmış, avtomobil əlaqəsi umumiyyətlə kəsilmiş, yeganə nəqliyyat vasitəsi olan vertolyot qalmışdır. Xocalı şəhəri səmasında mülki vertolyotun vurulması nəticəsində 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilmişdir. Eyni zamanda, fevral ayının 2-dən etibarən şəhərə elektrikin verilməsi belə dayandırılmışdır. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.
Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.
Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. Şəhərə hücum toplardan, tanklardan, \"Alazan\" tirli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əskəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu, məkrli hiylə imiş. Naxçıvanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləbarana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əskəran-Naxçıvanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir.
Bu hadisələr regiona İran İslam Resrublikasının xarici işlər naziri Əli Əkbər Vilayətinin vasitəçilik missiyası ilə səfəri günlərinə təsadüf etmişdir. O, fevralın 25-də Azərbaycanın hakimiyyət rəhbərləri ilə görüşmüş və fevral ayının 27-də Qarabağa, sonra isə Ermənistana səfər etməyi planlaşdırırdı. Bununla əlaqədar olaraq tərəflərin razılığı ilə fevral ayının 27-dən mart ayının 1-dək üçgünlük atəşkəs elan edilmişdir. Lakin ermənilər buna da məhəl qoymayıb vədlərinə xilaf çıxdılar.
Oxşar vəziyyət fevralın 12-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Şurasının missiyasının vəziyyətlə tanışlıq və münaqişənin tənzimlənməsi məsələlərinin təhlili məqsədilə Qarabağa gəldiyi zaman da baş vermişdi. Missiya sonra Yerevana və Bakıya səfər etməli idi. Məhz fevralın 12-də erməni silahlı dəstələri tərəfindən Şuşanın Malıbəyli və Quşçular kəndləri qarət edilmiş və yandırılmışdır, təkcə Malıbəylidə 50 nəfər öldürülmüş, yaralanmış və əsir götürülmüşdür.
Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi belə mümkün olmadı. Bu vəziyyətdən öz çirkin niyyətini həyata keçirmək məqsədilə istifadə edən mənfur düşmən vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını ararır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular.
Fevral ayının 28-də yerli jurnalistlərlə birlikdə olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə gəlmiş və düzənlik üzərindəki cəsədləri görüb, dəhşət içərisində bu mənzərəni seyr etmişlər. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyiti götürmək mümkün olmuşdur. Mart ayının 1-də yerli və xarici yurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərinin çıxardılması, ətrafların kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir.
Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi, bir tərəfdən Qarabağın Dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateyi əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki, Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv ediliməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsi ilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.
1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi bu günə kimi məlum deyil.
Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir. Hücumda həmçinin mayor Oqanyan Seyran Muşeqoviçin (Seyran Oqanyan hazırda Dağlıq Qarabağda ermənilərin qeyri-qanuni reyiminin \"müdafiə naziri\"dir) komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Üevgeni Nabokixinin komandası altında 3-cü batalyonun, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və praporşik iştirak etmişdir.
Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Rusiyanın \"Memorial\" hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi eksrertizasından keçirilmişdir. Eksrertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır.
Xocalı soyqırımının erizodları insanı dəhşətə gətirir. Xocalı sakini Əntiqə erməni hərbçilərinin tələb etdiyi \"bu yerlər böyük Ermənistanın bir hissəsidir\" sözlərini dilinə gətirmədiyinə görə ermənilər tərəfindən diri-diri yandırılmış, digər Xocalı sakini Səriyyə Talıbova, 4 mesxeti türkü və 3 azərbaycanlının erməni qəbirinin üzərində başı kəsilmiş, sonra daha 2 azərbaycanlının gözlərini çıxartmışlar\".
Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçirmişdilər. Onlarıın başının dərisini soymuş, başlarını və bədəninin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yarmışdılar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli ratronlardan və kimyəvi silahlardan istifadə edilmişdir. Bütün bunlar Ermənistanın Cenevrə konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırım olduğunu təsdiqləyir.
Erməni hərbi biləşmələrinin vəhşiliklə və qəddarlıqları barədə Xocalı qaçqınları dəfələrlə BMT, Avropa İttifaqı və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciət edərək, erməni hərbi təcavüzü nəticəsində başlarına gələn bəlaya laqeyd qalmamalarını, dünyanın BMT, Aİ və ATƏT kimi kifayət qədər nüfuzlu beynəlxalq təşkilatlarına, sülhsevər ölkələrin Ermənistan kimi dövlətin belə təcavüzkarlığına və özbaşınalığına qarşı tədbir görmələrini xahiş etmişlər.
\"Memorial\" İnsan Hüquqlarına Nəzarət Mərkəzi - erməni silahlı qüvvələrinin, Dağlıq Qarabağın Xocalı şəhərinə hücumu zamanı dinc sakinlərə qarşı etdikləri hərəkətlərin Cenevrə Konvensiyalarını, həmçinin 1948-ci il dekabrın 10-da BMT-nin Baş Məclisinin qəbul etdiyi İnsan Hüquqları Bəyannaməsinin;
Maddə 2. Hər bir şəxs dilindən, dinindən, milli mənsubiyyətindən, yaxud digər mövqeyindən asılı olmayaraq bu Bəyannamə ilə təsbit olunmuş bütün hüquqlara malikdir;
Maddə 3. Hər bir şəxs yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüquqlarına malikdir;
Maddə 5. İnsana qarşı kobud, qeyri-insani və ya təhqiredici rəftar qadağandır;
Maddə 9. Əsassız həbs, saxlama, yaxud ekspatriasiya qadağandır;
Maddə 17. Hər bir şəxs mülkiyyət hüququna malikdir və heç bir şəxs mülkiyyət hüququndan əsassız olaraq məhrum oluna bilməz.
Silahlı birləşmələrin hərəkətləri qadın və uşaqların silahlı münaqişələr və hərbi vəziyyət zamanı müdafiəsi haqqında BMT-nin Baş Məclisi tərəfindən qəbul olunmuş Bəyannaməni kobud şəkildə pozmuşdur.
Eləcə də, erməni silahlı birləşmələri "silahlı birləşmələrin hərəkətləri qadın və uşaqların silahlı münaqişələr və hərbi vəziyyət zamanı müdafiəsi haqqında" BMT-nin Baş Məclisi tərəfindən qəbul olunmuş Bəyannaməni kobud şəkildə pozmuşdur.
Pakistan İslam Resrublikasının Senatı "Pakistan – Azərbaycan münasibətləri" ilə bağlı dinləmələrdən sonra 02 fevral 2012-ci il tarixdə Azərbaycan Resrublikasının ərazisinin 20 %-nin işğalı və ermənilər tərəfindən törədilmiş Xocalı Soyqırımı ilə bağlı yekdilliklə qətnamə qəbul etmişdir.
Qətnamədə qeyd edilir ki, Xarici Əlaqələr Komitəsi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını və 26 fevral 1992-ci il tarixində erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımı pisləyir. Komitə Azərbaycan Resrublikasının beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazi bütövlüyünü və suverenliyini bir daha təsdiq edir.
Komitə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair qətnamələrinin yerinə yetirilməsini tələb edir, beynəlxalq ictimaiyyəti və beynəlxalq təşkilatları Ermənistanı bu qərarları yerinə yetirməyə səsləməyə çağırır. Beynəlxalq ictimaiyyət bu Soyqırım üçün məsuliyyət də müəyyən edə bilər.
Komitə Azərbaycan Resrublikasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istiqamətində də səylərini dəstəklədiyini açıqlayıb.
Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir.
Cinayət cəzasız qalmamalı, ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməli, beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Resrublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.
1948-ci il 9 dekabr \"Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması\" konvensiyasını rəhbər tutaraq, Ermənistanda mühüm dövlət postları tutanlar, Seyran Ohanyan, Sery Sarkisyan, eləcə də Robert Köçəryan və digərləri baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.
Aynur Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB