Türkiyənin Hacettepe Universitetində Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş mərasim keçirilib - FOTO
Azərbaycanın Türkiyədəkı səfirliyi Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə planlaşdırdığı silsilə tədbirlər çərçivəsində Türkiyənin nüfuzlu universitetlərindən biri olan Hacettepe Universiteti ilə birgə geniştərkibli xatirə tədbiri təşkil edib.
SİA-nın verdiyi məlumata görə, tədbirdə səfir Faiq Bağırov başda olmaqla səfirliyin əməkdaşları, millət vəkili Qənirə Paşayeva, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Necdet Ünüvar başda olmaqla Türkiyənin çox sayda millət vəkilləri, Hacettepe Universitetinin Rektoru Prof. Dr. Murat Tuncer başda olmaqla universitetin müəllim və tələbə kollektivi ilə yanaşı çox sayda elm adamı, ictimaiyyət, diaspor və KİV nümayəndələri iştirak edib.
Tədbirdə Azərbaycan və Türkiyənin dövlət himnləri səslənmiş, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasim iştirakçıları Heydər Əliyev Fondunun təqdim etdiyi "Xocalı qətliamı" sənədli filminə baxıblar.
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov Xocalı soyqırımının və ermənilərin törətdikləri digər qətliamların unudulmaması, onların günahkarlarının hüquq qarşısında cavab vermələri üçün iki qardaş ölkənin ictimaiyyətinin birgə səylərindən məmnunluqla bəhs edib.
Milli Məclisin deputatı Qənirə Paşayeva çar Rusiyasının Azərbaycan torpaqlarına məqsədli şəkildə yerləşdirdiyi və silahlandırdığı ermənilərin iki əsrə yaxın bir dövrdə xalqımızın başına açdığı müsibətlərdən, havadarlarına arxalanaraq torpaqlarımızı işğal etmələrindən ətraflı bəhs edib. O, Türkiyə və Azərbaycan gənclərini təkcə fevralın 26-da deyil, hər gün erməni təbliğatına qarşı mübarizə aparmağa, Xocalı soyqırımını bütün dünyada tanıtmağa çağırıb.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Necdət Ünüvar, Hacettepe Universitetinin rektoru, professor Murat Tuncer, tarix fakültəsinin dekanı, professor Məhmət Özbey, universitetin magistraturasının tələbəsi Tevfik Orkun Develi və İzmirdəki Doqquz Eylül Universitetinin dissertantı Cavid Əliyev Xocalı faciəsindən, Anadolu torpaqlarında ermənilərin törətdikləri digər qətliamlardan bəhs ediblər.
Ardından Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin Xocalı Soyqırımı ilə bağlı hazırladıqları teatr əsəri nümayiş etdirilib.
Tədbir zamanı Xocalıya Ədalət beynəlxalq imza kampaniyasına davam olunub, faciə ilə bağlı təbliğat xarakterli materiallar tədbir iştirakçılarına təqdim olunub.
Daha sonra Xocalı Soyqırımı ilə bağlı rəsm və foto sərgiyə baxış keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB