Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə Füzulidə tədbiri keçirilib
XX əsrin ən dəhşətli və qanlı faciələrindən hesab edilən Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə Füzulidə ümumrayon tədbiri keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, tədbirdə çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə aylarla mühasirədə saxlanılan Xocalıya hücum edərək, dinc əhaliyə divan tutan cinayətkarların gec-tez cəzalandırılıacağını bildiriblər. Natiqlər qeyd ediblər ki, ermənilərin "Böyük Ermənistan" ideyasını gerçəkləşdirmək məqsədilə həyata keçirdikləri qanlı siyasət tezliklə durdurulacaq və Azərbaycanın ərazi bütövlüyü hüquqi şəkildə təmin olunacaq.
Tədbir əsnasında Füzuli məktəblilərinin Xocalı soyqırımına həsr olunmuş rəsmləri nümayiş etdirilib. Daha sonra isə, Füzuli Dövlət Dram Teatrını kollektivinin ifasında XX əsrin ən dəhşətli hadisəsindən bəhs edən tamaşa kompozisiya tamaşaçılara təqdim olunub.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB