Siyavuş Novruzov: “Ermənilər xocalılıları ona görə soyqırımına məruz qoydular ki, onlar türk idilər”
"Xocalı faciəsi tək insanlığa deyil, o cümlədən bir millətə, xalqa, etnosa qarşı cinayətdir". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar keçirilən bugünkü xüsusi iclasında millət vəkili Siyavuş Novruzov deyib.
Millət vəkilinin sözlərinə görə, xocalılıları ona görə soyqırımına məruz qoydular ki, onlar azərbaycanlı, türk, müsəlman idilər: "Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdıranda məhz bu məsələləri bir daha qeyd etmək lazımdır. Bu yaxınlarda Azərbaycanın müstəqilliyinin 20 illiyini qeyd etdik. 20 illik müstəqillik tariximizə baxanda postsovet ölkələri içərisində Azərbaycan ən pis vəziyyətdə müstəqilliyini elan etdi. Ona görə ki, Azərbaycanı idarə edənlər, rəhbərlik edənlər yerində olmayan şəxslər idi və bu şəxslərin düzgün aparmadığı siyasət nəticəsində Azərbaycanda bu hadisələr baş verdi. Həm hakimiyyət uğrunda mübarizə aparan, həmçinin hakimiyyətdə olan tərəflərin vəzifə səlahiyyətlərini yerinə yetirməməsi nəticəsində bizim bu cür faciələrimiz baş verdi".
S.Novruzov ermənilərdən hər zaman vasitə kimi istifadə edildiyini deyib: "Rusiyada prezident seçkilərində namizədlərdən biri bildirdi ki, Ermənistan bizə ona görə lazımdır ki, bu gün həm Cənubi Qafqaz dövlətlərinə, o cümlədən Türkiyəyə təsir vasitəsi kimi istifadə edək. Ayrı-ayrı dövlətlərin əlində Ermənistan bir vasitədir. Bu ölkədə yaşayan insanlar bir xalq deyil, onlar bir vasitədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB