Hərəkətləri, geyimi, ədası və çıxışları ilə siyasətçidən çox klouna bənzəyən, saray təlxəkləri kimi bəzən kefimizi açan, Kremlin hazırkı sahiblərinin iç üzünü açmaqla özünü siyasi qəhrəman sayan, bəzən eşşəyə qoşulmuş arabada oturub rus millətini önündəki məxluqa oxşadan, urallıları ağıldankəm adlandıran, 60 yaşında atasının yəhudi olduğunu bilən, Azərbaycana, o cümlədən bütün müsəlman dünyasına düşmənçiliyini gizlətməyən Jirinovski yeni və maraqlı fikirlərlə gündəmə gəlib.
Rusiya Liberal Demokrat Partiyasının sədri, Rusiya prezidentliyinə namizəd polkovnik paqonunda və şinelində mitinqdə çıxış edərək bildirib ki, yayda ABŞ və İsrailin İrana hücumu ilə III dünya müharibəsi başlayacaq: "Suriya rejimi çökən kimi İran ətrafında hərbi kampaniya başlayacaq. Fürsətdən istifadə edən Azərbaycan Dağlıq Qarabağda hərbi əməliyyatlara başlamaqla itirdikləri torpaqları geri qaytaracaq. Ermənistan buna qarşı çıxacaq, Türkiyə Azərbaycanın tərəfində olacaq. Beləliklə, Rusiya Ermənistanı müdafiə etməli olacaq. Bununla da Rusiya müharibəyə cəlb olunacaq".
LDP-nin sədri bundan çıxış yolu kimi Rusiyanın ciddi addımlar atmasını tövsiyyə edib: "Rusiya Cənub sərhədlərini müdafiə etmək üçün bütün vasitələrdən istifadə etməlidir".
Maraqlıdır LDP sədri "cənub sərhədləri" deyəndə görəsən nəyi nəzərdə tutur?
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB