Yevlax qazsız qalıb
Bu gün təmir işləri ilə əlaqədar olaraq "Yevlax-1", "Yeni Yevlax-2", "Aran" və "Mingəçevir" qazpaylayıcı stansiyalarından təbii qaz təchizatı dayandırılıb. SİA-nın ARDNŞ-ə istinadən verdiyi məlumata görə, təmir işləri aparılan müddətdə Yevlax şəhəri də daxil olmaqla, rayonun Səmədabad, Varvara, Cırdaxan, Salahlı və Balçılı kəndlərinə təbii qazın verilişində fasilələr yaranıb. Rayona qaz verilişi saat 17.00-də bərpa olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə