Millət vəkili: \"Xocalı soyqırımı mütləq tarix dərsliklərinə salınmalıdır\" - MÜNASİBƏT
"20 il öncə fevralın 26-da Azərbaycan xalqına qarşı ən dəhşətli soyqırımı akrlarından biri baş verib. Bu tarixdə yalnız milli mənsubiyyətə görə insanlar kütləvi şəkildə qətlə yetiriliblər". Millət vəkili Gövhər Baxşəliyeva SİA-ya açıqlamasında bildirib ki, həmin gün öldürülən 613 insanın bir qismi körpə uşaqlar, qadınlar, ahıl qocalar olub.
Millət vəkilinin sözlərinə görə, təqribən 100 il bundan əvvəl baş verən qondarma hadisələri "erməni soyqırımı" kimi təqdim edən ermənilər 20 il bundan öncə bəşəriyyətin gözü qarşısında azərbaycanlılara əsl soyqırımı törədiblər. Millər vəkili vurğulayıb ki, lentə alınan kadrlar, şəkillər fakt kimi göz qabağında olmasına baxmayaraq, bu cinayətdə əli olanlar hələ də məsuliyyətə cəlb olunmayıblar.
"Biz bu istiqamətdə hərtərəfli iş aparmalıyıq. İlk növbədə, parlament səviyyəsində bütün dostluq qrupları ilə iş aparmalıyıq. Bir çox ölkələrdə bu qətliam barəsində materiallar yaymalıyıq. Onların qanunverici orqanlarında Xocalı soyqırımını Azərbaycan xalqına qarşı törədilmiş ən dəhşətli cinayət olduğunu başa salmalıyıq. Bütün dərsliklərə İkinci Dünya müharibəsində alman faşistləri tərəfindən törədilmiş cinayətlər salınıb. Bundan sonra çalışmalıyıq ki, bu soyqırımı faktları bütün tarix dərsliklərində öz əksini tapsın. Bir sözlə, Xocalı qətliamı mütləq tarix dəsrliklərinə salınmalıdır. Şərqşünaslıq İnstitiunun gördüyü mühüm işlər sırasında Xocalı faciəsinə aid bütün materialları toplamaq və eyni zamanda 1915-ci illərdə baş vermiş soyqırımı cinayətini tədqiq etmək, arxivləri yenidən araşdırmaq da var. Bu tarixlərlə bağlı nəinki Azərbaycanda, hətta Rusiya arxivlərində bir çox materiallar saxlanılır. Qeyd edim ki, İran və Türkiyədə də qiymətli materiallar var və bütün bunları üzə çıxarıb, tədqiq edərək nəşr etməliyik", - deyə G.Baxşəliyeva əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB