Əli Əhmədov Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin bölmə rəhbəri ilə görüşüb

Əli Əhmədov Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin bölmə rəhbəri ilə görüşüb

Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin Siyasi, İqtisadi, Mətbuat və İnformasiya bölməsinin rəhbəri Jerom Ponsu partiyanın mənzil qərargahında qəbul edib. SİA-nın YAP-ın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə Yeni Azərbaycan Partiyası ilə AB arasında qarşılıqlı, faydalı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı söz açılıb.

Həmçinin, ölkədə həyata keçirilən islahatlardan, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol haqqında fikir mübadiləsi aparılıb. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının Avropa Xalqları Partiyası ilə əməkdaşlığına toxunulub və bu əməkdaşlığın Azərbaycan-Avropa Birliyi münasibətlərinə müsbət təsiri vurğulanıb.

Ə. Əhmədov AB rəsmisi ilə Dağlıq Qarabağ münaqişəsinin mövcud durumu və onun həlli yolları perspektivləri barəsində də fikir mübadiləsi aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə