Türkiyənin daxili işlər naziri: \"Xocalı soyqırımı insanlıq tarixində qara ləkədir\"

Türkiyənin daxili işlər naziri: \"Xocalı soyqırımı insanlıq tarixində qara ləkədir\"

\"Xocalı soyqırımı insanlıq tarixində qara ləkədir. Türkiyə dünyanın harasında baş verməsindən asılı olmayaraq insanlığa qarşı yönələn qətliamları qınayır və buna qarşıdır\". SİA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan Türkiyənin daxili işlər naziri İdris Naim Şahin jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Türkiyə insanlığın yaşamasını istəyir: \"Tarixdə bizi utandıracaq hər hansı hadisə yoxdur. Türk milləti heç bir zaman, dünyanın heç bir yerində məzlumlara əl qaldırmayıb. Amma haqsız yerə bizim insanlara hücum edilibsə, türk milləti bütün gücü ilə özünü müdafiə edib və edəcək".


İdris Naim Şahin deyib ki, Xocalı soyqırımının 20-ci ildönümü Azərbaycanda olduğu kimi, Türkiyə də diqqətlə xatırlanır və anılır. Nazir bununla bağlı Ankarada, İstanbulda, Türkiyənin digər şəhərlərində anım tədbirlərinin keçirildiyini qeyd edib. İdris Naim Şahin Xocalı soyqırımına görə, Azərbaycan xalqına başsağlığı verib.

Bütün xəbərlər Facebook səhifəmizdə