Türkiyənin daxili işlər naziri Fəxri və Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanda səfərdə olan Türkiyənin daxili işlər naziri İdris Naim Şahinin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını, Türk Şəhidliyi ziyarət edib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, nümayəndə heyəti adından məzarlar önünə gül dəstələri, "Əbədi Məşəl" Kompleksi və Türk Şəhidliyini qarşısına əklillər qoyulub. İdris Naim Şahin Türk Şəhidliyindəki xatirə kitabına ürək sözlərini yazıb.
Türkiyənin daxili işlər naziri İdris Naim Şahin Azərbaycanın daxili işlər naziri Ramil Usubovun dəvəti əsasında Azərbaycana səfərə gəlib. Dünən axşam Bakıya gələn DİN başçısının səfər proqramına Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, baş nazir Artur Rasizadə, daxili işlər naziri Ramil Usubov, ədliyyə naziri Fikrət Məmmədov, fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüş daxildir. Görüşlərdə iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın mövcud durumu və perspektivləri müzakirə olunacaq. Səfər bu gün başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB