Prezident İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin daxili işlər naziri İdris Naim Şahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, daxili işlər naziri İdris Naim Şahin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən daxili işlər orqanları arasında uğurla inkişaf etdiyi vurğulanıb, Türkiyənin daxili işlər naziri İdris Naim Şahinin Azərbaycana səfərinin bu sahədə əlaqələrin daha da genişləndirilməsi işinə təkan verəcəyinə əminlik ifadə olunub. Görüşdə həmçinin cinayətkarlığa qarşı birgə mübarizə, bu sahədə koordinasiyanın və informasiya mübadiləsinin önəmi qeyd olunub.
Dövlət başçısı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını baş nazirə çatdırmağı xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB