Martın əvvəlində Aİ ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı müzakirələr aparılacaq

Martın əvvəlində Aİ ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı müzakirələr aparılacaq

Martın 1-2-də Avropa İttifaqı ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı müzakirələr aparılacaq. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia məlumat verib. O bildirib ki, bu rejim razılaşdırılandan sonra daha qısa müddətdə və asan prosedurlarla viza əldə etmək mümkün olacaq.

"Bu məsələ Azərbaycan üçün çox vacib bir amildir. Razılaşma əldə olunandan sonra Azərbaycan vətəndaşları daha qısa müddətdə və rahat şəkildə Avropa Birliyi ölkələrinə səfər edə biləcək. Artıq bir neçə ölkə- Gürcüstan, Moldova və Ukrayna ilə bu cür razılaşmamız var. Azərbaycan da daxil olmaqla digər ölkələrlə isə hələ ki danışıqlar gedir. Azərbaycanla viza rejiminin sadələşdirilməsini əldə edə bilsək, bu, Avropa İttifaqı üçün də böyük bir uğur olacaq", - deyə R.Kobia əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə