Türkiyə parlametində Xocalı soyqırımın 20 illiyi ilə bağlı sərgi açılacaq
Türkiyə parlametində Xocalı soyqırımın 20 illiyi ilə bağlı sərgi keçiriləcək. SİA-nın xəbərinə görə, bunu Bakıda keçirilən mətbuat konfransında İslam Əməkdaşlıq Təşkilatı Gənclər Formunun sədri Elşad İsgəndərov bildirib. Onun sözlərinə görə, sərginin açılışında Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəyin və xarici işlər naziri Əhməd Davudoğlunun iştirakı gözlənilir.
Sərgidə türk ziyalıları və fəalları tərəfindən dövlətin yüksək vəzifəli şəxslərinə Xocalı soyqırımının Türkiyə parlamentində tanınması haqqında yazılı müraciət təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB