Fəzail Ağamalı: “Çalışmalıyıq ki, erməniləri dünyada türklərə qarşı soyqırım törədən bir millət kimi tanıdaq” - AÇIQLAMA

Fəzail Ağamalı: “Çalışmalıyıq ki, erməniləri dünyada türklərə qarşı soyqırım törədən bir millət kimi tanıdaq” - AÇIQLAMA

\"Xocalı faciəsi 20 əsrin ən dəhşətli faciələrindən biri kimi tarixə daxil olub. Keçən əsrin 90-cı ilin əvvəllərindən erməni faşizminin Azərbaycana qarşı təcavüzünün geniş miqyas aldığı bir zaman kəsiyində ermənilər görünməmiş bir hücumla yaşayış məskənini yerlə-yeksan etdilər\". Bunu SİA-ya açıqlamasında millət vəkili Fəzail Ağamalı Xocalı faciəsi ilə bağlı fikirlərini bölüşərkən deyib. O bildirib ki, həmin gün nə uşaqlara, nə qocalara məhəl qoymadan, əhəmiyyət vermədən sözün əsl mənasında Xocalı qoyqırımını, hadisəsini törətdilər.


Millət vəkilinin sözlərinə görə, bu da bir mənalı olaraq Ermənistan tərəfindən idarə olunurdu: "Qeyd edim ki, bu Ermənistanın dövlət siyasəti kimi qəbul olunmalıdır. Həmin dövrdən keçən zaman kəsiyinda artıq Azərbaycan dövləti Xocalı qoyqırımının dünyada tanıtması istiqamətində fəaliyyət göstərir. Çox yaxşı haldır ki, artıq bu fəaliyyət xüsusi olaraq geniş miqyas almaqdadır. Etiraf etmək lazımdır ki, Xocalı soyqırımının düyada tanıtması istiqamətində Heydər Əliyev Fonrunun Moskva nümayəndəliyinin rəhbəri, Fondunun vitse-prezidenti Leyla Əliyevanın xüsusi olaraq çox geniş miqyaslı əməyi və xüsusi rolu var. Bununla bağlı Azərbaycan dövləti, bütün ictimaiyyəti, siyasi qüvvələri, QHT-lər bütün fəaliyyətlərini bu istiqamətlərə cəmləyə biliblər. Dünyanın iki ölkəsi- Pakistan və Meksika parlamenti bunu soyqırım kimi qəbul etdi. İslam Konfransı Təşkilatı bunun soyqırım kimi qəbul edib. Biz bundan sonra da çalışmalıyıq ki, dünyada erməni faşizminin mahiyyətini ifadə edən və soyqırım kimi arxivə düşən faciəni dünyada tanıtdıraq. Erməniləri dünyada bir faşist düşüncəyə malik olan, türklərə qarşı soyqırımı törədən millət kimi tanıdaq".

Bütün xəbərlər Facebook səhifəmizdə