Xocalı faciəsi beynəlxalq hərbi tribunala veriləcək

Xocalı faciəsi beynəlxalq hərbi tribunala veriləcək

Xocalı faciəsinə beynəlxalq hərbi tribunalda hüquqi qiymət verilməsi üçün ayrıca istintaq qrupu yaradılıb.


SIA-nın məlumatına görə, istintaq qrupu Azərbaycanın Baş prokurorluğu, Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyi ilə birgə yaradılıb. İstintaqın əsas məqsədi törədilən soyqırım hadisələri və cinayətlərinə beynəlxalq hüquqi qiymətin verilməsində nail olmaqdır. İstintaq qrupu cinayətlərdə əli olan bütün şəxsləri müəyyən edib.


İstintaq yaxın zamanlarda işini yekunlaşdırması və məsələnin Beynəlxalq Hərbi tribunala çıxarılacağı nəzərdə tutulub.


Bütün xəbərlər Facebook səhifəmizdə