TürkPA nümayəndə heyəti ATƏT PA-nın qış sessiyasında iştirak edəcək
TürkPA nümayəndə heyəti ATƏT PA-nın fevralın 22-25-də Vyanada keçiriləcək qış sessiyasında iştirak edəcək. TürkPA-dan SİA-ya verilən məlumata görə, nümayəndə heyətinə Qazaxıstan Parlamentinin ATƏT PA-dakı heyətinin üzvü, Qazaxıstan Parlamenti Məclisinin beynəlxalq münasibətlər, müdafiə və təhlükəsizlik komitəsinin sədri Maulen Aşimbayev rəhbərlik edəcək.
Səfərdə TürkPA Katibliyindən TürkPA Baş Katibinin rəhbərliyi altında bir qrup nümayəndə də iştirak edəcək.
Səfər çərçivəsində TürkPA Baş Katibinin Qazaxıstan Parlamenti Senatının sədri Kayrat Mami və ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər naziri Eamon Gilmorenin xüsusi nümayəndəsi, İrlandiyanın ATƏT yanındakı daimi təmsilçisi, səfir Eoin O’Leary ilə ikitərəfli görüşləri nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB