"Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tamhüquqlu üzvüdür. Qurum münaqişənin nizamlanmasına müdaxilə etmir və bütün prosesləri kənardan izləyir\". SİA-nın verdiyi xəbərə görə, bunu KTMT-nin baş katibi Nikolay Bordyuja bildirib.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında təşkilatın roluna gəlincə baş katib bildirib ki, ATƏT-in Minsk qrupu var, bu təşkilat birbaşa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə təlimatlandırlıb. Digər qurum və ya təşkilatların ATƏT-in Minsk qrupunu işinə müdaxilə etməyə haqqı yoxdur. Həmçinin Rusiya ən yüksək səviyyədə Minsk qrupunda təmsil olunur.
KTMT üzv olan ölkələrdə bu və ya digər böhranlı vəziyyətin inkişaf edəcəyi təqdirdə təşkilatın atacağı addımlara gəlincə N.Bordyuja bildirib ki, təşkilat yaranacq börhana uyğun olaraq hərəkət edəcək. Hər şey bu və ya digər dövlətdə yaranan vəziyyətin konkret formatından asılıdır. Qərar da bundan çıxış edərək qəbul ediləcək.
Dağlıq Qarabağda tərəflər arasında vəziyyətin gərginləşəcəyi halda KTMT-nin nə edəcəyi ilə bağlı sualına cavabında isə baş katib: "Ermənistan KTMT-nin tamhüquqlu üzvü kimi bütün zəruri köməyi alacaq", - deyib.
Məsələ burasındadır ki, Bordyuja çaldığı havalar köhnəlib, hələ də sovet psixologiyalı siyasətçi kimi danışır. Yəqin ki, baş katib Dağlıq Qarabağın de-yure Azərbaycanın tərkib hissəsi olduğundan xəbərsiz deyil. Amma ambisiyası ona imkan vermir ki, hadisəyə obyektiv qiymət versin. Bordyulanın bir məsələni bilməsi gərəkdir ki, Azərbaycan öz ərazisindən işğalçı ordunu vurub çıxarmağa çalışır. KTMT üzvü olan Ermənistan kimi başqa dövlətin ərazisini işğal etməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB