Əhməd Davudoğlu: “İsrail raketdən müdafiə sistemindən heç vaxt istifadə etməyəcək”
Rəsmi Ankara NATO-nun Türkiyənin Malatya şəhərində quraşdırılması planlaşdırılan raketdən müdafiə sistemindən üçüncü öləkənin xüsusəndə İsrailin istifadəsinə icazə verməyəcək. SİA-nın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu NATO-nun baş katibi Anders Foq Rasmussenlə görüşdən sonra açıqlayıb: \"Biz heç vaxt NATO-nun bazalarından üçüncü ölkənin istifadə etməsinə imkan verməyəcəyik\".
NATO-nun baş katibi Anders Foq Rasmussen isə öz növbəsində İsrailin alyansa üzv olmadığını və Türkiyənin NATO-nun əməliyyatlarında rol oyamağa davam edəcəyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB