Cəbhədə atəşkəs pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 19-da saat 17.00-dan 17.05-dək və 21.15-dən 21.30-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ayqezor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Qoşa və Muncuqlu kəndlərində yerləşən mövqelərimizi, fevralın 20-də saat 03.45-dən 04.00-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə