Azərbaycan Türkiyə İş Adamları Birliyinin Azərbaycan və Türkiyə ictimaiyyətinə müraciəti qəbul olunub
Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı İstanbulda keçiriləcək anım yürüşündə iştirakla bağlı Azərbaycan Türkiyə İş Adamları Birliyinin Azərbaycan və Türkiyə ictimaiyyətinə müraciəti qəbul olunub. SİA-nın verdiyi xəbərə görə, müraciətdə deyilir: 2012-ci il 26 fevral tarixində Azərbaycan xalqının və bütün bəşəriyyətin XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən olan Xocalı soyqırımının 20-ci ildönümü münasibətlə, dünyanın bir çox şəhərlərində, o cümlədən İstanbulda anım mərasimləri təşkil olunacaq.
Tədbir Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB), Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu tərəfındən təşkil ediləcək.
Hər zaman ədalətsizliyə qarşı özünün həssaslığını nümayiş etdirən Türkiyə ictimaiyyəti və müxtəlif təbəqələrinin təmsilçiləri Xocalı soyqırımının anım yürüşündə ən geniş şəkildə iştirak edəcəyi şübhəsizdir.
ATİB Türkiyə mediası, xüsusilə onun öndə gedən televiziya kanalları və qəzetlərini, xüsusilə aparıcı media təmsilçilərini, köşə yazarlarını bu tədbirə biganə qalmamağa səsləyir. Eyni zamanda onları iki qardaş ölkənin hər zaman bir yerdə olduğunu sübut edəcək bu tədbirə yaxından dəstək verməyə çağırır.
Xocalını unutmayaq, unutdurmayaq!\"
Qeyd edək ki, Xocalı faciəsi 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən törədilib.
Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri SSRİ-nin Xankəndində yerləşən 366-cı motoattcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırım siyasətini həyata keçiriblər.
Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla və insanlığa sığmayan işgəncələrlə tutulmş, dinc sakinlərin başları kəsilmiş, gözləri çıxaılmış, hamilə qadınların bədənləri süngü ilə deşilmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB