Xanlar Vəliyev: “Ermənilərin törətdiyi soyqırım və cinayət faktları Hərbi Prokurorluğa təqdim olunub”

Xanlar Vəliyev: “Ermənilərin törətdiyi soyqırım və cinayət faktları Hərbi Prokurorluğa təqdim olunub”

Azərbaycan nəinki işğal olunmuş torpaqları qaytaracaq, hətta 20 il bundan qabaq həmin torpaqlarda qətliam törətmiş və bunu təşkil etmiş insanları mühakiməyə cəlb edəcək. SİA-nın xəbərinə görə, bunu Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev deyib. Onun sözlərinə görə, bu mühakimə tək Azərbaycan xalqına deyil, bütün insanlara lazımdır.

Ermənilərin 20 il bundan əvvəl azərbaycanlılara qarşı törətdiyi soyqırım və cinayət faktlarının Respublika Hərbi Prokurorluğuna təqdim olunduğunu deyən hərbi prokuror deyib ki, hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir və ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərlə bağlı yeni faktların Hərbi Prokurorluğa təqdim olunmasında işğal olunmuş rayonların icra hakimiyyəti başçıları kömək göstərirlər.

Onun sözlərinə görə, ermənilər Azərbaycana qarşı alman faşizmindən də çox-çox qəddar cinayətlər törədiblər: \"Bu günlərdə İsveçrə, Fransa və digər ölkələrin parlamentlərində qondarma \"erməni soyqırımı\" məsələsini də gündəmə gətirirlər. Çox təəssüf ki, 20 il bundan əvvəl ermənilərin Xocalıda törətdikləri və operatorlar tərəfindən görüntüsü lentə alınan faktlarla bağlı qərar vermək əvəzinə, bir əsr bundan əvvəl faktlığında şübhə olan "erməni soyqırımı" məsələsi barəsində qərar verirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə