Misir Mərdanov Xocalı soyqırımının 20-ci ildönümünün qeyd olunması barədə əmr imzalayıb

Misir Mərdanov Xocalı soyqırımının 20-ci ildönümünün qeyd olunması barədə əmr imzalayıb

Təhsil naziri Misir Mərdanov təhsil müəssisələrində Xocalı soyqırımının 20-ci ildönümünün qeyd olunması barədə əmr imzalayıb.

Nazirlikdən SİA-ya verilən məlumata görə, M.Mərdanovun əmrində Xocalı soyqırımının iyirminci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilib.

Naxçıvan MR təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə Şəhər Təhsil İdarəsinin, rayon, şəhər təhsil şöbələrinin müdirləri, ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili və Nazirliyin birbaşa tabeliyində olan digər təhsil müəssisələrinin rəhbərlərinə tədbirlər planının icrasını təmin etmələri haqqında göstəriş verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə