Əhməd Davudoğlu: “Vaşinqtonla Ankara Qarabağ probeminin həllində eyni baxışları bölüşür”
Vaşinqtonda Birləşmiş Ştatlar və Türkiyə rəsmiləri arasında keçrilimiş yüksək səviyyəli dialoq əsnasında ikitərəfli münasibətlər və Yaxın Şərqin problemləri ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında bunları deyib: "Qafqaz, xüsusilə Dağlıq Qarabağ münaqişəsi gündəlikdə duran əsas məsələlərdən idi. Vaşinqtonla Ankara regionda bütün problemlərin yalnız sülh və dialoq yolu ilə həlli məsələsində eyni baxışları bölüşürlər".
Davudoğlu həmçinin rəsmi Vaşinqtonun qondarma \"soyqırım\"la bağlı tutuduğu mövqeyə görə H. Klintona təşəkkür edib: "Biz Fransa parlamentində qəbul olunmuş ədalətsiz qərarın dövlət katibi Hillari Klinton tərəfindən pislənməsini alqışlayırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB