Millət vəkili: “Düşünürəm ki, Azərbaycan ziyalısı dövlətinin yanında olmalıdır” - AÇIQLAMA
Ziyalının yaradıcılığına geniş meydan verirsən, teatrda onun əsərlərini səhnələşdirirsən, onun üçün lazım olan dövlət resurslarını xərcləyirsən, həmin insanların şəxsi problemlərinin qayğısına qalırsan və bununla belə bütün tibbi funksiyalarını da öz üzərinə götürürsən, amma əvəzində bəzi insanlar deyir ki, dövlət ziyalını satın alır. Azərbaycan dövlətinin ziyalıya münasibətdə çox mühüm bir davranışı, kursu mövcuddur. Onun artıq ənənələri formalaşıb. Bunu inkar etmək mümkün deyil. Bunu SİA-ya açıqlamasında Millət vəkili Zahid Oruc özünü ziyalı kimi qələmə verənlərə münasibət bildirərkən deyib.
"Mən bunların titulunu, hansı sahədə xidmətlərini qətiyyən inkar etmirəm. Hətta akademik Rafiq Əliyevin davranışlarına işlədiyi Azərbaycan Dövlət Neft Akademiyasında fəqli mövqe nümayiş oluna bilərdi. Hər bir şəxs elmi titulunu bu dövlətin əleyhinə çevirməklə hesab etməsin ki, milli qəhrəmana çevrilir", - deyə millət vəkili bildirib.
Z.Oruc hesab edib ki, hətta ziyalılar forumu adlandırılan quruma toplaşanlar belə Kaliforniya Berkli Universitetinin professoru Lütfi Zadəni bir ziyalı model, simvol, elitamızın ən yüksək nümayəndəsi, beynəlxaq miqyasda tanınmış vacib bir şəxsiyyət sayırlar. Bu doğurdan da belədir. Məhz Azərbaycan dövlətinin atdığı uğurlar addımlar hesabına bu insanlar intişar tapıblar, böyük bir inkişaf yolu keçiblər, həyat və yaradıcılıqları ən mühüm səviyyəyə çatıb və xarici aləmdə təqdim olunublar. Bu gün də onlar özlərinin fəaliyyətləri üçün sözün həqqi mənasında Azərbaycan dövlətinə minnətdardırlar. Hesab edirəm ki, mənim aləmimdə Azərbaycan ziyalısı dövlətinin yanında olmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB