ATƏT-ə 2014-cü ildə İsveçrə, 2015-ci ildə isə Serbiya sədrlik edəcək

ATƏT-ə 2014-cü ildə İsveçrə, 2015-ci ildə isə Serbiya sədrlik edəcək
ATƏT-ə 2014-cü ildə İsveçrə, 2015-ci ildə isə Serbiya sədrlik edəcək. SIA-nın qurumun saytına istinadən verdiyi məlumatına görə bu qərar ATƏT-in fəaliyyətdə olan sədri Eymon Qilmor tərəfindən açıqlanıb. Quruma 2014 və 2015-ci illərdə kimlərin rəhbərlik edəcəyi barədə qərar "susqunluq proseduru"na əsasən qəbul olunub. Yəni müəyyən edilmiş 40 günlük müddət başa çatana kimi heç bir ölkə İsveçrə və Serbiyanın sədrliyi ilə əlaqədar etirazını bildirməyib.


Xatırladaq ki, İsveçrə və Serbiyanın namizədliyi ilə bağlı təklif ATƏT Xarici İşlər Nazirləri Şurasının ötən ilin dekabrında Vilnüsdə keçirilən toplantısında səsləndirilib. Bu posta Serbiyanın namizədliyini Rusiya irəli sürüb. Lakin iştirakçı ölkələr bu məsələ ilə bağlı yekdil rəyə gələ bilməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə