Bakının Suraxanı rayonunda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Suraxanı rayonu ərazisində yaşayanlar Nübar Tağıyeva, qızı - Əfsanə və oğlu – Emil dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Bununla belə Sumqayıt şəhəri və Abşeron rayonunda da dəm qazından zəhərlənmə halları qeydə alınıb. Belə ki, Sumqayıt sakinləri Kübra İsayeva, Abşeron rayon sakinləri Rufanə Axundzadə, İlyas Atayev, Elşad Qələndərov və Elşad Qələndərov öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB