Azərbaycan-Rusiya sərhədi avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşıb
Azərbaycan-Rusiya sərhədi avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşıb. Buna səbəb Qusar rayonu ərazisində, Rusiya ilə sərhəddə güclü qarın yağması və nəticədə yolda buz örtüyünün yaranması olub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, havanın şaxtalı keçməsi nəticəsində şimal bölgəsində buzlu yollarda yalnız zənciri, mövsümi qış təkərləri və hər iki oxu aparıcı olan avtomobillərin hərəkəti mümkün olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB