Avropalı analitiklər: \"Aİ-nin Qarabağ məsələsində vahid siyasət yürütməsi mümkün 5 ballıq şkala ilə 2 bal alıb\"
"Xarici əlaqələr üzrə Avropa İttifaqı" ümumavropa analitik mərkəzi özünün "Avropa İttifaqının xarici məsələlər üzrə göstəricisi" adlı məruzə hazırlayıb. SİA-nın xəbərinə görə, adıçəkilən analitik mərkəz Dağlıq Qarabağ münaqişəsini Aİ-nin cəlb edilməsi baxımından "C" qiymətini ilə dəyərləndirib. Bu qiymətin mənası isə Aİ-nin 2011-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi yolunda heç bir irəliləyişə nail olunmadığı anlamına gəlib. Hesabatda göstərilir ki, Aİ dondurulmuş münaqişənin nizamlanmasına dair konsensus əldə olunmasını dəstəkləyib, lakin buna nail olmaq üçün çox cüzi addım atıb. Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziya münaqişələri Aİ-nin gündəmində yer almayıb. Eyni zamanda xarici siyasət üzrə avropalı ekspertlərə görə Brüsselin səylərinin müsbət nəticə vermədiyi bir vaxtda Azərbaycanla Ermənistan arasında gərginlik artır.
Belə ki, münaqişə tərəfləri arasına hərbi əməliyyatların başlanması riski qalmaqdadır: "Aİ-nin institutları digər dondurulmuş münaqişələrə nisbətən Qarabağ münaqişəsinə az diqqət ayırıblar. Həmçinin Aİ birbaşa danışıqlar prosesində iştirak etmir, onu Minsk Qrupunda Fransa təmsil edir. Rusiya və ABŞ-la birlikdə Minsk Qrupuna həmsədrlik edən Fransa Aİ-nin Qarabağ münaqişəsinin nizamlanması prosesindəki təmsilçisi funksiyasından imtina etmək fikrində deyil. Nəticədə, Aİ-yə üzv olan dövlətlər münaqişənin həllinə tərəfdar olduqlarını bildirsələr də, onlar əslində danışıqlar prosesindən əhəmiyyətli ölçülərdə kənardadır. Ötən il Minsk Qrupu həmsədrlərinin cəmi 6 görüş keçirib və münaqişənin nizamlama prosesində başlıca rolun hələ də Rusiya əlində tutur. Bununla belə prezident D.Medvedyev Azərbaycan və Ermənistan liderləri ilə yanvar, mart və iyul aylarında görüşsə də heç bir nəticə əldə edilməyib. Münaqişənin nizamlanmasının əsas prinsilərini nəzərdə tutan Madrid prinsipləri kağız üzərində qalıb", - deyə ekspertlər bildirir.
Hesabat müəlliflərinə görə həm Aİ, həm ora üzv ölkələr Qarabağ məsələsini Azərbaycan və Ermənistanla ikitərəfli münasibətlərindən ayırıblar. Bu məsələ ikitərəfli danışıqlarda ötəri qaldırılıb, əsas diqqət ticarət və enerji sahəsində əməkdaşlıq məsələlərinə yönəlib. Hesabata görə, Aİ-nin Qarabağ məsələsində vahid siyasət yürütməsi mümkün 5 ballıq şkala ilə 2 bal alıb. Həmçinin münaqişənin nizamlanmasına yönələn səylərdən əldə edilən nəticə də mümkün 10 baldan 2 qiymətə layiq görülüb.
Sənəddə həmçinin qeyd edilir ki, Avropa İttifaqı Rusiya və Türkiyə kimi mühüm regional oyunçularla Qarabağa dair zəruri müzakirələr təşkil edə bilməyib. Sənədə görə, Aİ-nin münaqişənin həllinə yönəlmiş səylərinə də 5 ballıq şkala üzrə 2 bal verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB