Azərbaycan Milli Məclisinin Regional məsələlər komitəsinin və Azərbaycan Bələdiyyələr Birliyinin nümayəndələri Türkiyədə səfərdədirlər. SİA-nın məlumatına görə, səfər çərçivəsində Ankaranın Keçiörən bələdiyyəsində görüş keçirilib.
Görüşdə iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin aparılması müzakirə olunub. Azərbaycan nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, Ədalət və İnkişaf Partiyasının baş katibi Haluk İpək, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Necdət Ünüvar tərəfindən qəbul edilib.
Səfərdə Milli Məclisin deputatları Arif Rəhimzadə, Fəttah Heydərov, Azər Badamov, Rüstəm Xəlilov, Azərbaycan Bələdiyyələr Birliyinin sədri Əbülfəz Babayev və Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov təmsil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB