Son sutka ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasına (BTTTYS) 1526 nəfər müraciət edib. Onlardan 136 nəfər xəstəxanaya çatdırılıb. Bunu SİA-ya açıqlmasında BTTTYS-nın baş həkimi Mürsəl Həmidov bildirib: "Son sutka ərzində ümumilikdə 61 nəfər travma alıb ki, onlardan da 18 nəfəri qarlı-buzlu havada yıxılaraq, sürüşüb travma alanlardır. Daha 18 nəfərdən 17-si isə xəstəxanaya çatdırılıb. 1 nəfərin vəziyyəti yüngül olduğu üçün ev şəraitində müalicə olunub".
Dəm qazından zəhərlənmələrə gəlincə, baş həkimin sözlərinə görə, sutka ərzində 19 nəfər dəm qazından zəhərlənib: " Həmin 19 nəfərdən də 15 nəfəri xəstəxanaya çatdırılıb. 4 nəfərin vəziyyəti isə yüngül olub".
Daha sonra M.Həmidov Təcili Tibbi yardım stansiyasına 3 avtomobil qəzası ilə əlaqədar müraciətin daxil olduğunu dedi: "Həmin 3 hadisədən də 2 nəfər xəstəxanaya çatdırılıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB