CXP-dən AK Partiya formulu

Cümhuriyyət Xalq Partiyasında iki-üç gün arayla iki nizamnamə qurultayına hazırlıq davam edir. SİA-nın xezerxeber.com saytına istinadən verdiyi məlumata görə, sədr Kamal Kılıçdaroğlunun komandası fevralın 26-da keçirəcəyi və gündəliyini özünün müəyyənləşdirdiyi qurultayda nizamnaməni tamamilə dəyişdirəcək.


Yeni nizamnamə partiyanın əvvəlki rəhbərliyini və önəmli isimlərini bir platformada bir araya gətirəcək aqil adamlar komissiyasını yaradılmasını nəzərdə tutur. Bu komissiyada keçmiş sədrlər və baş katiblər təmsil edəcək, kritik məsələlərdə onlarla məsləhətləşiləcək.


Dəniz Baykal, Altan Öymən, Hikmət Çətin, Murad Qarayalçın, Öndər Sav, Adnan Kəskin, Əli Topuz, Turan Qaraqaş və Seyfi Oqtay bu komissiyaya üzv ola biləcək.


Nizamnaməyə ediləcək ən ciddi dəyişikliklərdən biri də üç müddət şərti olacaq. CXP də Ədalət və İnkişaf Partiyasının formulunu tətbiq edəcək: bir nəfər ən çox üç dəfə millət vəkili və ya bələdiyyə sədri olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə