Bakıda son 100 ildə ən aşağı temperatur qeydə alınıb.SİA-nın məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.
Fevralın əvvəlindən başlayan şimal-qərb küləyi fevralın 2-də davam edib, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında saniyədə arabir 28-33 metrədək güclənib.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında son 100 ildə ən aşağı səviyyəyə - 5,5 dərəcə şaxtayadək enib. Yəni fevralın 3-ə keçən gecə bu cür hava şəraiti son 100 ildə qeydə alınmışdı.
Havanın minimal temperaturu Aran rayonlarında 0-3 dərəcə şaxta, dağlıq rayonlarda isə 9-12 dərəcə şaxta təşkil edib.
Naxçıvan Muxtar Respublikasında 6-11 dərəcə şaxta olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB