Fuad Muradov: “Bu gün Azərbaycan gəncləri ictimai-siyasi vəziyyətdə yaxından iştirak edirlər” - MÜNASİBƏT
"1997-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən təsis edilən 2 Fevral - Gənclər Günü dövlət səviyyəsində qeyd olunur. Bu bayramda Azərbaycan gənclərinin yaxın və uzaq perspektivləri, qayğıları müzakirə edilir". Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikası Gənclət Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov deyib. O bildirib ki, keçən il gənclərin sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması məqəsdilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı təsdiq olunub və Gənclər Fondu təsis edilib. Onun sözlərinə görə, hər il dövlət səviyyəsində gənclər işinin təkmilləşdirilməsi, müasirləşməsinə doğru mühüm işlər görülür. F.Muradov vurğulayıb ki, prezident İlham Əliyev bütün proqramlarında, çıxışlarında Azərbaycanın iqtisadi durumu, gənclərə diqqət, onların gələcəkdə işlə təmin olunması və digər istiqamətləri hər zaman xüsusi vurğulayır.
"Gənclər qarşısında çox böyük və önəmli bir məsələ var. Bu gənclərin qarşısında Azərbaycanın ərazi bütövlüyünün bərpası, bundan sonra həmin ərazilərin təmizlənməsi, düzəlməsi və digər çox vacib vəzifələr durub. İlk Gənclər Forumu ərəfəsində 2 fevral tarixindəki şəraitlə indiki şərait çox fərqlənir. Bu gün Azərbaycanın imkanları genişdir, ölkə gəncləri bütün dünyada təmsil olunur. Onların həm ictimai, həm də siyasi səviyyədə təmsilçiliyi çox yüksəkdir. Bu gün bir çox dövlət qurumlarında və digər təşkilatlarda Azərbaycan gəncləri kifayət qədər təmsil olunur. Təbii ki, Azərbaycan diplomatiyasında da çox savadlı və bilikli gənclər çalışır. Düzdür, bəzi istiqamətlər var ki, orada çox ciddi irəliləyişin olmasını istərdik. Azərbaycan parlamentində də ildən-ilə gənclərin sayı artır. Bu gün Azərbaycan gəncləri ictimai-siyasi vəziyyətdə yaxından iştirak edirlər. İnsanın bacarığı çox vaxt yaşından asılı deyil. Amma hər bir insanın aktiv dövrü və o daha çox gənclik dövrünə təsadüf edir. Bugünki gənclər öz biliklərini elmin, ölkənin inkişafına sərf edir ki, bu da çox vacib məsələdir", - deyə o əlavə edib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB