Elxan Poluxov öz etimadnamələrini CAR prezidentinə təqdim edib

Elxan Poluxov öz etimadnamələrini CAR prezidentinə təqdim edib

Dünən Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı Səfirliyindən verilən məlumata əsasən, cari ilin Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı səfiri Elxan Poluxov öz etimadnamələrini Cənubi Afrika Respublikasının Prezidenti Yakob Zumaya Prezident İqamətgahında təqdim edib. XİN-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Y.Zuma ilə aparılan söhbət zamanı səfir E.Poluxov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səmimi salamlarını ona çatdırıb və Azərbaycan Respublikasının Cənubi Afrikada ilk səfiri olmasından şərəf duyduğunu bildirib. Ölkələr arasında münasibətlərin yüksələn xəttlə inkişaf etdiyini vurğulayan E.Poluxov bu vəzifəsində olduğu müddət ərzində Azərbaycanla CAR arasinda əlaqələrin daha da möhkəmləndirilməsinə çalışacağını bildirib.

Prezident Y.Zuma öz növbəsində səfir E.Poluxovu salamlayaraq, ona işində uğurlar arzulayıb.

Görüşün sonunda Prezident Y.Zuma bu mərasim çərçivəsində etimadnamələrini təqdim edən yeni səfirlər qarşısında Cənubi Afrika Respublikasının daxili və xarici siyasətinə həsr olunmuş nitqlə çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə