Cəbhədə atəşkəs yenidən pozulub

Cəbhədə atəşkəs yenidən pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 1-də saat 22.40-dan 22.43-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən, fevralın 2-də saat 01.10-dan 01.15-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə