Soyuq hava onlarla insanın həyatına son qoyub

Soyuq hava onlarla insanın həyatına son qoyub

Sabah ölkə ərazisində temperaturun daha 3-5 dərəcə aşağı enəcəyi, şaxtalı keçəcəyi, qar yağacağı, bəzi yerlədə intensiv və güclü olacağı proqnozlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, hava şəraiti bu gün axşamdan başlayaraq kəskinləşəcək.



Soyuq hava kütlələri dünyanın əksər ölkələrinə meydan oxuyur. Şərqi Avropa boyunca güclü qar və şaxta 70-dən çox insanın ölümünə səbəb olub. Ukraynada şaxta nəticəsində 30 nəfər, Polşada isə 20 nəfər ölüb. Onların əksəriyyətinin evsiz insanlar olduğu bildirilir. Serbiyaya ciddi ziyan dəyib və ölkənin cənubunda fövqəladə vəziyyət elan olunub. Qalın qar uçqunları yolları bağlayıb və elektrik təchizatını kəsib. Avropanın bir çox yerində məktəblər bağlanıb, yollar keçilməz olub. Bəzi yerlərdə temperatur mənfi 20 dərəcədən aşağı düşüb.


SİA-nın BBC-yə istinadən verdiyi məlumata görə, Avropa boyunca bir çox yerdə fövqəladə sığınacaqlar açılıb. İstanbulda güclü qar yeri qalın qar örtüyünə bürüyüb. Burada bazar ertəsi səhərdən başlayan qar gün boyunca çoxalıb və şəhər üçün problemlər yaradıb. Hakimiyyət deyir ki, İstanbul son 30 ildə ən soyuq günlərini yaşayıb - havanın temperaturu mənfi 10 dərəcə olub. Türkiyə Hava Yolları şirkəti İstanbuldan 180-dən artıq uçuşu ləğv etməli olub. Qar gəmi nəqliyyatına da təsir edib və bir çox marşrut bağlanıb.

Yaponiyada da şaxtalı hava insan ölümünə səbəb olub. Ölkədə soyuq hava və güclü qar yağması nəticəsində son 1 həftə ərzində 51 nəfərin öldüyü bildirilir. Ölənlərin əksəriyyəti yaşı 65-dən çox olan insanlardır. Onlardan 42-nin öz evlərinin damını qardan təmizləməyə çalışarkən yıxılaraq öldüyü bildirilir. Yüzlərlə adam da eyni şəraitdə xəsarət alıb.




Bütün xəbərlər Facebook səhifəmizdə